Yeni mutant kimi qələmə verilən AY.4.2 ştammı əslində yeni deyil, iyulda identifikasiya olunub.
İslahat.az xəbər verir ki, bunu AZƏRTAC-a TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
Mütəxəssis xatırladıb ki, buna əvvəllər "delta plyus” ştammı deyilirdi:
Akif Qurbanov xatırladıb ki, COVID-19 virusu mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.
"Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "delta plyus” ştammına qarşı effektivliyini qorumaqdadır”, – deyə həkim bildirib.
Xatırladaq ki, bir sıra ölkələrdə, o cümlədən region ölkəsi olan Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var. Bildirilir ki, yeni mutasiya daha çox kontakta meyllidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir.
AY.4.2-yə yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Yaşadığımız pandemiya dövründə insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunması vacibdir.
İslahat.az