13 Dekabr 2018
11:05
3865

Ağır atletimiz gümüş medal qazandı

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı başa çatıb.

İslahat.az xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edib. 

96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çxıb. Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub. 

102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142+167) nəticə ilə gümüş medala sahib çıxıb. 
 
 
İslahat.az