29 Mart 2019
12:47
929

Ağır atletika üzrə yığma komandalara baş məşqçilər təyin olundu

Ağır atletika üzrə yığma komandalara məşqçilərin təyinatı olub.

Bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) məlumat verilib. 

Bildirilib ki, bununla bağlı qərar AAAF-ın İcraiyyə Komitəsinin iclasında verilib.

Qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.
 
İslahat.az