24 İyul 2019
15:51
908

Ağdamda tarixi məscid bərpa edilir - VİDEO

Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.

İslahat.az Oxu.az-a istinadən xəbər verir ki, məscid 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən tikilib. 

Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.

Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa ediləcək. 

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
 
İslahat.az