Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd
təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və
rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt,
konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək
zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət
kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi
texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət
obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3
hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam
Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar
Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir
Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid
Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli
şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında "Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa
Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı "Ruhlar
şəhəri” kimi "Qarabağ” klubu sayəsində tanıyıb. Ağdam ərazisində qədim tarixə
malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci
Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar
aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri
dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan
edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq
Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,
Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi,
Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində
XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid
abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq
ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan
əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar,
Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam
şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun
minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik, "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun
müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması
haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan
bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli
Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Azərbaycan erməni vandalizminin cızalndırılması üçün bütün hüquqi imklanlardan
istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq
göstərməsinə ehtiyac var. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan
hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün
yerləşdirilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam
rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. Ağdam yenidən
bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam
üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu
şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən
zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi
rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan
hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı
şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər
lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən
kömək göstəriləcək. İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola
bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Ağdamın inzibati rayon kimi yaradılması
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan
rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu
Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində –
Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində
yerləşir;
Ağdam tarixinin əsas səhifələrivə ərazisininarxeoloji
əhəmiyyəti."Ağdam” sözü qədim türk dilində "kiçik qala” deməkdir. Uzaq
keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün
əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında
QarabağlıPənahəlixan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək
barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir
növ oriyentirə çevrilib. Bu mənada "Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı,
ağ ev deməkdir.Rayonun ərazisindəXX
əsrin50-ciillərindənbaşlayaraq aparılan arxeoloji tədqiqat
işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların
yaşayışməskənlərindənbiridir.Arxeoloji tədqiqatlar
nəticəsində müəyyən oldu ki,ilk qədim insanlar rayon ərazisində
altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi
əhatə edir, "misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq
mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha
sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik
mədəniyyətinə malik olmuşdur. ArxeoloqlarÜzərriktəpədəapardıqları
tədqiqatlar nəticəsində tapılan
maddi-mədəniyyətqalıqlarınaəsaslanaraq qeyd edirlər ki, bura
Qafqazda ilk şəhər tipli yaşayış məskəni vəZaqafqaziyadaən zəngin
abidələri olan yerlərdən biri olmuşdur;
Ağdam uğrunda42 gün davam edən döyüş1993-cü il23
iyultarixindəAğdamərazisinin73 faizininişğalı ilə
bitdi.Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri,
rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan
məcburi köçkün həyatını yaşamağa məcbur olub.İşğal nəticəsində Ağdam
rayonunun 38 kolxozu, 12 sənayeobyekti, 74 məktəbi, 271 mədəniyyət evi,
bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə
keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş,
minlərlə insanyaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi
köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış
məntəqəsindəməskunlaşmışdır;
Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
İcra olunmadan kağız üzərində qalmış beynəlxalq qətnamələr
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə
etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş”,
"işğal olunmuş ərazilərdən qoşunlarınçıxarılmasınaçağırış
etmişdir”.1993-cü il29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası
853 saylı qətnaməni qəbul edib. Orada da "işğalçı qüvvələrin Ağdam rayonu və
digər işğal edilmiş Azərbaycanərazilərindəndərhal, tam və
qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq
qanunlaratabe olmaqdan yayındı;
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə
düşənöhdəliklərinikobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi
adlarındəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və
ərazilərinyandırılmasıkimi qeyri-qanuni
əməllərtörədib.Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri
tərəfindənişğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik
təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal
yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir;
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa
etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış
üçtərəfli bəyanata əsasən, noyabrın 20-dəAğdamrayonunun işğal olunmuş
ərazisiAzərbaycana təhvil verilibvə bununla da əsaslı şəkildə insan
tələfatının qarşısı alınıb.Bu,eyni zamanda,onungöstəricisidirki,
Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb;
2020-ci il noyabrın 26-da"Ağdamınazadolunmasınagörə”
medalıtəsis edildi.Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin sərəncamları iləAğdamrayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi
qulluqçusu "Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın
20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini
noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib.
Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır,
bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat
keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu
gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında
əbədi qalacaq.
Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza
qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı
tarixini yazırıq. Bu, Zəfər tarixidir.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində
yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında
əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda
143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80
kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı.
Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına
vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin
ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı
qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar
üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya
İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna"
qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi
məskunlaşmışdır.
Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma "Dağlıq Qarabağ
respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar
bu qondarma quruma aid edilmişdir. İndi nə oldu bu xəritələr? İndi bu xəritələr
cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Qarabağ müharibəsinin ilk şəhidlərini Ağdam rayonu verib
Dəniz səviyyəsindən 410 metr yüksəklikdə yerləşən Ağdam rayonu 8
avqust 1930-cu ildə yaradılıb, inzibati mərkəzi Ağdam şəhəridir. Ağdam rayonu
Qarabağ iqtisadi rayonunda yerləşməklə Tərtər, Bərdə, Ağcabədi, Xocavənd,
Xocalı, və Kəlbəcər rayonları ilə həmsərhədədir. "Ağdam” sözü qədim türk
dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr
özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu
şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli
xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin
imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib.
Bu mənada "Ağdam” — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam
rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında
yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait
yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15
şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi
məktəbləri bu rayonda yerləşib. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman
rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər,
döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950
nəfər, Qarabağ müharibəsinin ilk şəhidlərini də 22.02.1988-ci ildəAğdam
rayonu verib.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Ağdam tarixinin əsas səhifələri və ərazisinin arxeoloji əhəmiyyəti
Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri
minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun
ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat
işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış
məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən
yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim
insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit
dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və
Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və
orta Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid
maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir
daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik
mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar
nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki,
bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin
abidələri olan yerlərdən biri olmuşdur.
XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son
Tunc və Dəmir dövrünə aid möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir
abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu
abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Sonralar Azərbaycanda
gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb.
Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti
idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var
idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki
Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk
formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Rasim Hüseynov –rayon Ağsaqqallar Şurasının sədri
BMT-nin bütün qətnamələrini Azərbaycan özü yerinə yetirdi
Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra uzun müddət bu
problemin qarşısını almaq üçün səy göstərilmədi. Bunun bir çox səbəbi var amma
əsas səbəblərindən biri isə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə maraq
göstərməməsi idi. Çünki bu məsələ Sovet İttifaqının dağılmasını sürətləndirən
amillərdən biri idi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sonrakı faciəvi
nəticələrin qarşısını alırdı. Dağlıq Qarabağ münaqişəsinin alovlanması, birbaşa
Kremlin ssenarisi idi. "Parçala və hökm sür” prinsipi əsasında qurulan birliyin
qanunu, terrorizmin yayılmasını məhdudlaşdıraraq regional mübahisələri
təhlükəsizlik problemlərindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Lakin SSRİ-nin
planı əks nəticə verdi və etnik münaqişələr nəinki gecikdirdi, həm də
imperiyanın süqutunu sürətləndirdi. Ermənilər lobbinin imkanlarından istifadə
edirdilər. Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı sərt
strategiyasına biganəliyi həmişə müşayiət olunurdu. Ermənistan silahlı
qüvvələri 1992-ci ildə respublikamızın ərazisini zəbt etmək məqsədi ilə həyata
keçirdiyi hərbi əməliyyatların miqyasını kəskin surətdə artırmışdı. Lakin heç
bir beynəlxalq qurum baş verən və beynəlxalq hüququ kobud şəkildə pozan bu
təcavüz aktlarını müstəqil şəkildə qiymətləndirməmişdir. Fundamental olaraq,
BMT, ATƏT və Avropa İttifaqı müxtəlif dövrlərdə qətnamələr və şərhlər verirdi,
lakin bu sənədlər müharibənin əsl səbəblərini adekvat şəkildə müəyyənləşdirmədi
və təcavüzkar ilə təcavüzə uğrayan arasında arasında fərq qoymadı.
1991-ci ildə Azərbaycan Respublikası bütün beynəlxalq qurumlara, o cümlədən
Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət etmişdir.
Azərbaycan 1992-ci ilin martında BMT-yə qəbul edildikdən sonra Azərbaycan
BMT-dən Ermənistanın işğalçı siyasətinə münasibət bildirməyi və onun qarşısını
almaq üçün müdaxilə etməsi üçün müraciət etdi. BMT-nin nümayəndə heyəti bu
müraciətə cavab olaraq bölgəni gəzərək BMT Baş katibinə məlumat verib,
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi ATƏM-in problemin həlli
istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdi və təşkilata
məqsədlərinə çatmaqda köməklik göstərəcəyini öhdəsinə götürdü. BMT
Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanın Azərbaycana təcavüzünə cavab
olaraq 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin hər birində
Ermənistanın təcavüzü pislənilir və Ermənistan əsgərlərinin Azərbaycan
ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Maraqlı hal odur ki,
göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi
sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən
qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar
tətbiq olunmamışdır. Lakin 2020-ci ildə Azərbaycanın müzəffər ordusu və Ali Baş
Komandan cənab İlham Əliyevin sayəsində BMT-nin bütün qətnamələrini Azərbaycan
özü yerinə yetirdi.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Rəsmi İrəvanın cinayətləri
Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı
səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın
mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr
üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə
arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim
həzz almışdır. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu
gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması
istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.
Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki,
Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara
başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın
təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri
addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi və tərəfindən müharibə
dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları
baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti
olmayan şəxslə rhədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla
bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada
çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi
beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən
silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq
konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri
dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq
qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur.
Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin,
tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn
fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə
konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və
adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.
Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi
faktlar mövcuddur. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini
və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu
cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaqdır.
Şəhla Eminova –əməkdar müəllim
Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş
nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli
bəyanatında elan olunmuş qrafikə uyğun olaraq noyabrın 20-də Ağdam rayonu
erməni işğalından azad olundu. Bununla da Azərbaycan Ağdam rayonunu hərbi
əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Bu möhtəşəm qələbədir.
Lakin bu, elə də asan əldə edilən qələbə deyil. Torpaqlarımızın bir qarışını
belə öz xoşu ilə qaytarmaq istəməyən Ermənistan şanlı ordumuzun hərbi
qələbələrinin nəticəsi olaraq torpaqlarımızdan çəkilmək məcburiyyətində qaldı.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi, Ağdamın azad edilməsi də hər
bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik
edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxrlə dedi: "Biz
tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq.
Bu, Zəfər tarixidir”.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən
Ağdamın ərazisi 1094 kv.km idi. Bu ərazinin 846,8 kv.km-i, yəni 77,4%-i, bir
şəhər və 80 kəndi ermənilərin işğalı altına keçmişdi.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna"
qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər ermənini qanunsuz
məskunlaşmışdılar.
Ağdam tarixən Azərbaycanın mühüm elm, təhsil, mədəniyyət mərkəzlərindən
olmuşdur. Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil
Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Pirimov,
akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix
elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b.
onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri,
tikililər vardı.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar.
Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi,
Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil
Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu
Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd
kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII
əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri,
Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır.
Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx
Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və
onun minarələri də vəhşicəsinə uçurulub.
Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni
mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il
protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması
haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Cənab Prezident çıxışında demişdir ki, Ağdam yenidən bərpa ediləcək,
Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam rayonu yenidən
Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etdiyi
rayonlarından birinə çevriləcək.
Var olsun müzəffər Azərbaycan ordusu!
Var olsun müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
AZƏRBAYCAN XALQI ÖZÜ BEYNƏLXALQ QANUNLARININ ALİLİYİNİ VƏ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİ
20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan
Respublikasına qaytarıldı. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan
Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında
öz əksini tapıb. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd
etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı
Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72
yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad
edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın
27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə
Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz
imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət
və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər
davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında
olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən
qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə
qaytarılır”.
27 ildən sonra günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev Ağdam öz sakinlərinə
qovuşdu. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan
tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon
Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti
nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox
azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi
köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri
yurd-yuvasına dönür. Bundan qürurlu nə ola bilər. Qalib dövlətin qalib sakini
kimi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamdır. Bu qüruru xalqımıza
yaşadan Ali Baş Komandanımızdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə
məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın
güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi
iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik
inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun
güclənməsi nəticəsində bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında
öz sözünü demiş oldu. Bəli, Ağdam öz sakinlərinə qaytarıldı. 27 il Ağdam şəhəri
də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan bir
rayon. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi.
Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji
tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min
il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir,
"misdaş” dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq
Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan
Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə
1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb
olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun
əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha
sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız
vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam
rayonuna pənah gətirib. Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan,
bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edir.
Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.
1993-cü ilin iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son
hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda
xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən
döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı
kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Qarabağ uğrunda gedən
döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub.
Artıq biz Ağdamın işğal tarixindən deyil, onun qələbəsindən, azad olmasından
yazırıq. Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq.
Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus
dini-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb.
Azərbaycan öz haqqına qovuşub. Ağdamda yeni həyat başlayır. Yeni günün mübarək,
azad AĞDAM!!!
Xanım İmanova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
Ağdam həmişə öz qədimliyini qoruyub saxlamış və qədim tarixi kökə malik olmuşdur
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi ərzində torpaqlarımızı azad etmək
uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Noyabrın
10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Ağdam
və Laçın rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil
verilidi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Heç
bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq almaq dünya tarixində az rast
gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və
uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. 2020-ci il
noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması mühüm tarixi hadisədir.
Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın
müvafiq maddəsinin yerinə yetirilməsidir.Azərbaycan Ağdam rayonunu hərbi
əməliyyatlar keçirmədən, siyasi yolla işğaldan azad edərək yeni tarixi hadisəyə
möhür vurmuşdur.
Ağdam həmişə öz qədimliyini qoruyub saxlamış və qədim tarixi kökə malik
olmuşdur.Erməni işğalı nəticəsində rayona bir çox maddi və mənəvi ziyan
dəymişdir. Rayonun ərazisində bir çox tarixi və memarlıq abidələri, başqa
infrastruktur mənfur ermənilər tərəfindən məhv edilmişdir. Tarixi Çörək Muzeyi,
Tarix Ölkəşünaslıq Muzeyi, Ağdam Şəkil Qalereyası, Qutlu Sarı Musa oğlu
Künbəzi, 14-cü əsrə aid türbə və daş abidələr, Xan qızı Xurşidbanu Natəvanın və
oğlunun türbələri vəhşicəsinə dağıdılmışdır. Ağdam yenidən bərpa edilərək
Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Prezident İlham Əliyevin
dediyi kimi: "İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız
var”. "Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin,
kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.
Vətəndaşlarımız öz doğma torpaqlarına qayıdacaq. Bütün bunlar gerçəkləşəcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan
döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola
bilmişdir.Ağdamın işğaldan azad edilməsinə səbəb olan İkinci
Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu,
xalqımızı Allah qorusun.
Azərbaycanda daim sülh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün.
Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru
Ağdam artıq ruhlar şəhəri deyil, ruhları oxşayan bir şəhər olacaqdır
İllərdir apardığımız məqsədyönlü siyasət 44 günlük Vətən
müharibəsindəki tarixi qələbəmizdə böyük rol oynadı. Bu torpaqların azad
olunması, ərazi bütövlüyümüzün təmin olunması xalqımızın çoxəsrlik tarixində
möhtəşəm hadisədir. Bu qələbə ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və
diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Azad olunmuş torpaqların iqtisadi potensialından istifadə, müəyyən olunmuş
iqtisadi strateji istiqamətlər növbəti illərdə ölkəmizin sosial – iqtisadi
inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə qaldıracaq. O cümlədən
işğaldan azad olunmuş torpaqlarımızdan biri olan Ağdam şəhəri də.
Qarabağın mərkəzi hesab olunan Ağdam antik dövrdən bu günədək zamanın bütün
inkişaf prosesini özündə əks etdirən mədəniyyət və memarlıq mərkəzi olmuşdur.
Noyabrın 20- də Ağdam şəhəri heç bir şəhid vermədən işğaldan azad olunaraq öz
əzəli sahiblərinə qaytarıldı. Qarabağda infrastruktur quruculuğu işğalın həmən
ardınca başlasa da, məhz Ağdamda ilk təməlin atılması bir başqa hadisədir.Bu,
çox önəmli bir addımdır. Bu tarixə, irsə xüsusi qayğının ifadəsidir. Müstəqil
siyasət aparan, güclü və quvvətli dövlət başçımız, qalib və rəşadətli ordumuz
bu şərəfli tarixi missiyanı layiqincə yerinə yetirdi. Bundan sonra Azərbaycan
qalib dövlət kimi inkişaf edəcəkdir.
Ağdam artıq ruhlar şəhəri deyil, ruhları oxşayan bir şəhər olacaqdır.
Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Ağdamın işğalı
Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan
iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan
və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə
əkin aparılır.
23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı
əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və
Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını
genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz
qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da
Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam
istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən
könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu
dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.
Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və
qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar
kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri
var idi.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd,
Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və
Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən
ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı "Qırmızı kitab”a
və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına” düşmüş müxtəlif
sayda turac, qırqovul və gürzə məhv olub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44
günlük Vətən müharibəsi ilə torpaqlarımız azad edildi. Noyabrın 10-da imzalanan
üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın
rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verilidi və
bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi.
Vəfa Xəlilli-"Gəncliyə Dəstək” İB-nin sədri
İslahat.az