17 Yanvar 2022
11:53
21314

Acınacaqlı vəziyyətdə saxlanılan uşaqların taleyi məlum oldu - RƏSMİ AÇIQLAMA

"Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan uşaqların sayı dörd yox, beşdir”.

İslahat.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-a məlumat verib.

O bildirib ki, uşaqlardan biri oğlan, dördü qızdır, onlardan biri azyaşlıdır:

"Uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək”, - deyə o qeyd edib.

İslahat.az