30 Dekabr 2019
11:15
765

ABŞ İraqa hava zərbələri endirdi: 19 mülki şəxs həlak oldu

ABŞ Hərbi Hava Qüvvələrinin İraq ərazisinə endirdiyi zərbələr nəticəsində 19 mülki şəxs həlak olub, daha 35 nəfər yaralanıb.

İslahat.az xəbər verir ki, hadisə haqda ilk xəbəri İraq könüllü qüvvələrinin "Həşdi-Şəbi” qanadı yayıb.

Hadisəyə ABŞ-dan da rəsmi münasibət gəlib. Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman hava zərbələrinin "Hizbullah”ın İraq və Suriyada yerləşən obyektlərinə endirildiyini açıqlayıb. Məqsəd adıçəkilən təşkilatın koalisiya qüvvələrinə qarşı gələcəkdə ediləcək hücumlarının qarşısını almaq olub. 

Hadisədən dərhal sonra İraq müvəqqəti hökumətinin rəhbəri Adil Əbd əl- Mehdi ölkənin təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb. 

İslahat.az