21 Dekabr 2021
11:43
22731

ABŞ-da yeni ştamdan ilk ölüm faktı qeydə alındı

 

ABŞ-da koronavirusun "Omicron” ştamından ilk ölüm faktı qeydə alınıb.

İslahat.az "ABC” telekanalına istinadən xəbər verir ki, Texas ştatında ştamdan dünyasını dəyişən 50 yaşlı bir kişidir.

Həmin şəxs koronavirusa qarşı peyvənd olunmayıb və sağlamlığı ilə bağlı problemləri olub.

Dekabrın 20-si ABŞ-da Xəstəliklərə Nəzarət və Xəstəliklərin Profilaktikası üzrə Federal Mərkəzin verdiyi məlumata görə, ölkədə yoluxmaların böyük əksəriyyətini "Omicron” ilə yoluxmalar təşkil edir. Belə ki, ötən həftə toplanan məlumatlara görə, ölkədə yoluxanların 73%-dən çoxunda məhz bu ştam aşkarlanıb.

Ümumilikdə ABŞ-da koronavirusa yoluxanların sayı 51 milyona, ölənlərin sayı isə 807,5 minə çatıb.

Qeyd edək ki, Böyük Britaniyada da "Omicron” ştamından ilk ölüm faktı qeydə alınıb.

İslahat.az