28 May 2020
11:12
353

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü

ABŞ-da son sutka ərzində 1243 nəfər koronavirusdan dünyasını dəyişib.

İslahat.az worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 101 min 815-ə çatıb. 15 min 474 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. ABŞ-da ümumilikdə 1 milyon 740 min 749 nəfər koronavirusa yoluxub.

485 min 134 nəfər isə sağalıb.
 
İslahat.az