26 May 2020
10:07
193

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 minə çatır

ABŞ-da yeni növ koronavirus (Kovid-19) epidemiyasında ölənlərin sayı son 24 saatda 650 artaraq 99 min 805-ə yüksəlib.

İslahat.az xəbər verir ki, ABŞ, Kovid-19 epidemiyasında ən çox ölümün baş verdiyi ölkə olmağa davam edir.

ABŞ-da koronavurus xəstələrinin sayı isə son 24 saatda 20 min 246 artaraq 1 milyon 706 min 226-ya çatıb. 

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 590 mini ötüb. Bir gündə 100 min nəfərdən çox adamda koronavirus aşkarlanıb.

İndiyədək dünyada koronavirusdan 348 min nəfər vəfat edib.
 
İslahat.az