23 May 2022
13:13
14746

ABŞ Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlıdır

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Qeyd edək ki, müstəqil Azərbaycanla ABŞ-ın tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmət, enerji, müdafiə, təhlükəsizlik və digər sahələr daxil olmaqla 30 illik uğurlu əməkdaşlıq tarixi var. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra iki ölkə arasında əlaqələr daha da gücləndi, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutdu. Və bu gün bu uğurlu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müdrik liderliyi ilə iki ölkə arasında siyasi əlaqələr daha da genişlənməkdədir. Məhz bu əlaqələrin uğurlu nəticəsidir ki, ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf edir. ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqların fərqindədir. Bir sözlə, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər zaman uğurlu siyasəti, inkişafı və gücü ilə özünə hörmət qazanıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımızı 44 gün davam edən İkinci Vətən müharibəsində Zəfər qələbəsi qazandıq. Artıq bu gün Azərbaycan hərb müstəvisində də qalib ölkədir, qəhrəman ordumuz uzun illər əsarətdə, işğal altında qalan torpaqlarımızı geri qaytardı və Azərbaycan bütöv oldu. Bu prosesdən sonra təbii ki, regionda ölkəmizin mövqeləri daha da güclənib və Azərbaycan lider ölkə kimi nəzərləri öz üzərinə cəlb edib.

ABŞ Prezidentinin təbrik məktubunda qeyd olunur ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsini müsbət qarşılayır və bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla, Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayıla bilər.Bugün nəinki ABŞ, dünyanın əksər ölkələri Azərbaycanı güclü, dinamik inkişaf edən, terrorizmə qarşı qlobal mübarizəyə qoşulan, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən ölkə kimi qiymətləndirir. Çünki bu gün dövlətimiz dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Buna yüksək dəyər verən ABŞ Prezidenti Cozef Baydenin açıq mətnlə regionda sülh, stabillik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin səylərinə dəstək verməsi, mövcud vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirməsidir.Məktubda ABŞ Prezidenti qeyd edib ki, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik. İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır.Beləliklə, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir. Və bütün bunları nəzərə alaraq demək olar ki, yaxın perspektivdə Azərbaycan və ABŞ dövlətləri arasında mədəni, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.
 
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məslətçisi.
İslahat.az