Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır.
İslahat.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, proses bu gün saat 12:00-dək davam edəcək.
Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək platformada qeydiyyatdan keçməli və yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.
İslahat.az