23 Avqust 2021
12:34
25323

“6 yaşdan yuxarı uşaqlar peyvəndlənə bilər” – Həkim

"18 yaşdan yuxarı şəxslər üçün vaksinasiya tam bitdikdən sonra məktəblilər arasında da vaksinasiyaya start verilməsi gözlənilir".
 
İslahat.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkim 6 yaşdan yuxarı uşaqların vaksinasiyasının zəruri olduğunu deyib:

"Hələ ki, əksər ölkələrdə 18 yaşdan yuxarı şəxslər vaksinaiya üçün proritet götürüldüyü üçün bizdə də strategiya eynidir. 6 yaşdan yuxarı uşaqlara peyvəndin təhlükəsi yoxdur. Məktəblər yoluxmanın artması üçün əlverişli olduğuna görə peyvəndlənmənin uşaqlar arasında da aparılmasına zərurəti yaranır".

Mütəxəssis peyvəndlənmənin əsas funksiyasının ölüm hallarının qarşşısını almaq olduğunu deyib:

"Peyvənd olunan insanlar 60-70 faiz hallarda koronavirusa yoluxmurlar. Xüsusilə də hər iki dozanı qəbul edən şəxslər yoluxduqda heç bir halda reanimasiyaya düşmürlər. Dünya praktikasında da bu hal var. Peyvəndlənmə əsasən ölümün qarşısını almağa xidmət edir. Peyvəndin funksiyası budur".
İslahat.az