28 May 2020
16:06
444

“28 may Respublika Günü” münasibəti ilə UQTMŞ bir qrup şəxsi ordenlərlə təltif etdi

Azərbycanın "28 may Respublika Günü” münasibəti ilə, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın, Ukraynanın, Gürcüstanın, Kandanın, İsveçin və Niderlandın dövlət, ictimai-siyasi, diaspora və elm xadimlərini "Xüsusi Xidmətlərə görə” və "Şərəf” Ordenləri təltif edib. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İnformasiya Departamenti açıqlama yayıb.

İslahat.az xəbər verir ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İnformasiya Departamenti yaydığı açıqlamada bildirilir ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Azərbaycanın Respublikasının "28 may Respublika Günü " münasibəti ilə 14 nəfər şəxsin ordenlərlə təltif olunmaları haqqında 029 və 030 saylı əmrlər imzalayıb. Əmrlərə əsasən 7 şəxs "Xüsusi Xidmətlərə görə” Ordeni, 7 şəxs isə "Şərəf” Ordeni ilə təltif ediliblər.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının – "Xüsusi Xidmətlərə görə” Ordeni ilə.

Milli Məclisin deputatı, Akademik Musa Qasımlı,
İctimai-siyasi xadim.

Tarix elmləri doktoru Havva Məmmədova,

İctimai xadim və jurnalist Təbriz Məhərrəmoğlu

Dneprepetrovsk Azərbaycanlıları Liqasının Sədri Sarxoş İsmayılov,

İsveç ictimai xadimi Sevinc Nəzərli,

Kanada ictimai xadimi Hakan Turan,

Niderland ictimai xadimi Sima Cəfərova,

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf” Ordeni ilə.

İctimai-siyasi xadim İsmayıl Ağayev

İctimai-siyasi xadim Azər Allahverənov

Gürcüstan ictimai xadimi Ramilə Hacıyeva

İctimai-siyasi xadim, Heimdall Hüquq Şirkətinin Baş direktoru Xaqani Eminov,

İctimai-siyasi xadim Samir Adıgözəlli

İctimai-siyasi xadim və jurnalist Məhəmmədəli Qəribli,
Türkiyə ictimai-siyasi xadimi Göksel Gülbey

təltif ediliblər.
 
İslahat.az