22 Fevral 2022
16:47
23320

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisinin fevralın 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

İslahat.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Milli Məclisinin qərarının layihəsi.

2. Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında Azərbaycan Milli Məclisinin qərarının layihəsi.

3. "Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan qanununun layihəsi (üçüncü oxunuş).

4. "Qaz təchizatı haqqında” Azərbaycan Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan qanununun layihəsi (üçüncü oxunuş).

5. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).

6. "Dini etiqad azadlığı haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).

7. "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

8. "Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanununun layihəsi (ikinci oxunuş).

11. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İslahat.az