09 Yanvar 2021
02:38
10155

2021-ci ilin ən reytinqli layihəsi “Luxury Society”-də APARICILAR

2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin qala gecəsinin aparıcıları müəyyən edilib.

İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin qala gecəsində iştirakçıları və mükafatçıları Azərbaycan Respublikasının əməkdar artisti Elnur Kərimov və model, aparıcı Turanə İbrahimova fəxri kürsüdə qarşılayacaqlar. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub.

Qala gecəsinin məşhur aparıcıları artıq "Luxury Society" layihəsinin hazırlıqlarına başlayıblar. Öz işində seçilən, fərqlənən və sənətinə vurğun olan insanlar "Luxury Society” layihəsinin əsas simaları olaraq fəxri kürsüyə dəvət olunacaqlar.

Qeyd edək ki, "Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.

İslahat.az