18 Yanvar 2022
13:38
20987

2021-ci ildə vergi daxilolmaları böyük həcmdə artıb

"2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib”.

İslahat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında paylaşım edib.

O bildirib ki, proqnoz 117,7 faiz səviyyəsində icra olunub:

"Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manat olub və proqnoz 112,2 faiz səviyyəsində yerinə yetirilib”.

İslahat.az