22 Dekabr 2020
13:41
3657

2021-ci ildə qiymət artımının hansı dərəcədə olacağı açıqlanıb - RƏSMİ/FOTO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiyanın 2020-ci ilin sonunda 2,8 faiz olacağı proqnozlaşdırılır.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, növbəti ildə isə inflyasiyanın 3 faiz səviyyəsində olacağı gözlənilir. 

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddinin 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulmasına baxmayaraq, cari əməliyyatlar balansında ÜDM-in 0,2 faizi səviyyəsində və ya təqribən 104,8 milyon ABŞ dolları həcmində profisit proqnozlaşdırılıb. Yəni, idxal və ixrac əməliyyatları çərçivəsində gəlirlərin xərcləri üstələyəcəyi ehtimal edilir.

Bildirilib ki, növbəti illərdə cari əməliyyatlar balansının profisitinin getdikcə artması gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

 

İslahat.az