20 Noyabr 2020
14:22
4101

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
 
 
İslahat.az