14 Oktyabr 2020
14:38
1607

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İslahat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.
 
İslahat.az