12 Avqust 2020
11:17
583

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 278 nəfərə, sağalanların sayı isə 1 058 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 17-dir.

Hazırda Gürcüstan üzrə 7 279 nəfər karantində, 279 nəfər isə tibbi nəzarətdə saxlanılır.
 
İslahat.az