30 İyul 2020
10:40
341

Gürcüstanda daha 5 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 aşkarlanan şəxslərin ümumi sayı 1 160-a çatıb. Onların 935-i müalicə olunaraq sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 489 nəfər, stasionar nəzarətdə isə 337 nəfər saxlanılır.
 
İslahat.az