26 İyul 2020
12:02
335

ÜST-dən koronavirusla bağlı son statistika

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 284 083 nəfər artaraq 15 581 009-a yüksəlib.
 
İslahat.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 270 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 635 173-ə çatıb.

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 292 311 nəfər) və Avropada (3 192 041 nəfər) qeydə alınıb.

İslahat.az