26 May 2020
10:42
426

Ukraynada koronavirusa yoluxanların sayı artdı

Ukraynada daha 339 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21 584-ə çatıb.

İslahat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 644-yə yüksəlib.

Bildirilir ki, indiyədək Ukraynada 7 575 xəstə koronavirusdan sağalıb.
 
İslahat.az