20 May 2020
10:58
366

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 713-ə çatıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 475 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər isə dünyasını dəyişib. Aktiv virus xəstələrinin sayı 226 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 3 519, stasionar nəzarətdə isə 351 nəfər saxlanılır.
 
İslahat.az