08 Yanvar 2020
16:37
811

İstanbulda Ərdoğanla Putin arasında görüş başlayıb

İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar prosesi başlayıb. 

İslahat.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata əsasən, iki ölkə rəhbəri ikitərəfli əməkdaşlığın gələcək taleyini, beynəlxalq məsələləri, o cümlədən, Suriya və Liviya ətrafında baş verən prosesləri müzakirə edəcəklər.

Türkiyə Prezidenti R.T.Ərdoğan daha əvvəl verdiyi açıqlamada rusiyalı həmkarı ilə görüşdə İdlibdə sülhün əldə edilməsi, Suriya münaqişəsi ilə bağlı Rusiya-Türkiyə arasında imzalanan memorandumun şərtlərinin yerinə yetirilməsini, həmçinin, Liviyadakı vəziyyəti müzakirə edəcəklərini bildirmişdi.

İslahat.az