30 Dekabr 2019
17:15
869

Bayram günlərində hava necə olacaq?

Yeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq.

İslahat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

"Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir. Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır”, - deyə o bildirib.

İslahat.az