28 Dekabr 2019
18:26
1075

Hazırda 2,5 milyon avro dəyərində olan Stalinin limuzini tapıldı

Rusiyanın paytaxtı Moskvada Stalinin oğurlanmış limuzini tapılıb. Maşını qaçıranların özləri hələ tutulmayıb.

İslahat.az xəbər verir ki, bu barədə "Moskovskiy komsomolets” xəbər yayıb.

Avtomobil qarajda tapılıb. Ehtimal ki, yaxın vaxtlarda cinayətkarlar nömrələri silmək və maşını təhlükəsiz yerə aparmaq niyyətində olublar.

Xatırladaq ki, hazırda 2,5 milyon avro (4725000 AZN) dəyərində qiymətləndirilən Stalinin limuzini dünən Rusiyanın paytaxtından oğurlanmışdı. Oğrular qaraja girərək işlək vəziyyətdə olmayan ZİS markalı maşını saxta dövlət qeydiyyat nişanlı evakuatora mindirərək naməlum istiqamətə aparmışdılar.

İslahat.az