28 Dekabr 2019
17:02
790

Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət" - QAYDASINI TƏSDİQLƏYİB

Baş Nazir Əli Əsədov "Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

İslahat.az xəbər verir ki, "Dərman vasitələrinin farmakonəzarət Qaydası” əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcək. Eyni zamanda Qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.

İslahat.az