03 Oktyabr 2019
13:20
916

Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi bilindi - YENİLƏNİB + FOTO

"Azərbaycan Dəmir Yolları” QSC bu gün Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində yaranan gecikmə ilə bağlı açıqlama yayıb.

Qurumdan İslahat.az-a verilən açıqlamaya görə, gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə yaranan texniki nasazlıq olub:

"Nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.

 

Nəticədə, 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir”.

09:19

Sumqayıtdan Bakı istiqamətində gələn qatarda gecikmə olub.

İslahat.az xəbər verir ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində texniki nasazlıq yaranıb.

Belə ki, 08:28-də Bakı sərnişin stansiyasına çatmalı olan qatar gecikmə ilə saat 08:53-də stansiyaya çatıb. Gecikmənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, sərnişinlərin bildirdiyinə görə, qatar müəyyən vaxtlarda sürətini azaldaraq hərəkət edib.

"Azərbaycan Dəmir Yolları” QSC gecikmə ilə bağlı faktı təsdiqləyib. Gecikmənin səbəbi araşdırılır.