22 Avqust 2019
11:08
775

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı

Bu gündən peşə təhsil müəssisələrinə sənəd qəbulu başlayır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sənədlərini 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
 
İslahat.az