12 Fevral 2019
12:38
1397

20 yaşlı qız oyuncağa "ərə getdi"

"İndi dünyam tamamlandı".

İslahat.az milli.az-a istinadla xəbər verir ki, bu sözləri oyuncağa "ərə gedən" 20 yaşlı qız toy mərasimində söyləyib.

Felicity Kadlec adlı 20 yaşlı qız Kelly Rossi adını verdiyi oyuncaqla özünə toy edib. Qızın iddiasına görə zombi oyuncağının 37 yaşı var.

O, ABŞ-ın Rod-Aylend ştatının Tiverton şəhərində baş tutan toyu üçün 500 dollar xərcləyib.

Toyda qızın 4 yaxın qohumu və başqa oyuncaqlar iştirak edib.

Hazırda Oklahoma ştatında yaşayan qız iddia edir ki, oyuncaqla münasibətləri yolundadır və onlar dəfələrlə intim əlaqədə olurlar.
İslahat.az