20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı
bizim hər birimizin qibləgahıdır.
İslahat.az xəbər verir ki, bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün
Şəhidlər xiyabanını ziyarət edən "NM Group" Şirkətlər qrupunun
həmtəsisçisi Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və
suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğul və qızlarının əziz
xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir. "Mən də
digər gənclərimiz kimi hər il bu müqəddəs ünvana gəlməyi özümə borc bilirəm. Məhz
ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət verilib. Onun siyasi kursunu inamla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak
olanların xatirəsinə böyük ehtiram göstərir, şəhidlərin ailə üzvlərinin sosial
müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının daha da artırılması məqsədilə
mühüm qərarlar qəbul edir. Allah şəhidlərimizə rəhmət eləsin”.
İslahat.az