19 Fevral 2020
12:34
159

19 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşdü

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland Çempionlar Liqasının tarixinə düşüb.

İslahat.az fanat.az-a istinadən xəbər verir ki, 19 yaşlı forvard turnirdəki debüt ilində 10 və daha çox qol vurmağı bacaran beşinci oyunçu olub.
Norveçli futbolçu ötən axşam PSJ ilə oyunda (2:1) dubla imza atıb.

Daha öncə 1958/59 mövsümündə Fransa "Reyms"ində Jyust Fonten, 1978/79 mövsümündə İsveçrə "Qrasşopper"ində Klaudio Sulser və 2017/18 mövsümündə "Liverpul"da Sadio Mane ilə Roberto Firmino bu uğura imza atmışdı.