23 Dekabr 2019
17:27
782

104 yaşlı azərbaycanlı səsvermədə

Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

İslahat.az xəbər verir ki, 1915-ci il təvəllüdlü Vəlimətova Nazirat Məhəmməd qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

İslahat.az