30 Avqust 2022
15:42
19951

"№1" çörəkləri son bir ildə 3-cü dəfə bahalaşdı

"№1" Çörək zavodu son bir ildə qiymətləri 3-cü dəfə artırıb.

İslahat.az Business Time-a istinadən xəbər verir ki, bu gündən zavod 400 qramlıq "№1" sadə baton çörəyinin qiymətini 15 qəpik artıraraq 95 qəpiyə yüksəldib. "№1" Çörək zavodu 2021-ci ilin sentyabr ayında sadə baton çörəyinin qiymətini 55 qəpikdən 70 qəpiyə, 2022-ci ilin yanvar ayında isə 70 qəpikdən 80 qəpiyə qaldırmışdı.

Beləliklə, "№1" Çörək zavodu 1 kq "№1" sadə batonlardan 2 manat 37.5 qəpik qazanır.

"Delta Qrup" şirkəti də "Çörəkçi" məhsullarını bahalşadırıb. Bugündə 400 qramlıq "Çörəkçi" sadə baton 85 qəpiyə, baton ekstra 95 qəpiyə, baton kəpəkli də 95 qəpiyə təklif olunur.

"Zavod çörəyi"nin qiyməti isə 65 qəpikdən 70 qəpiyə yüksəldilib.

"№1" Çörək zavodu dövlətin krediti və "Gilan Holding” MMC-nin vəsaiti hesabına 2013-cü ildə istifadəyə verilib.

Marja

İslahat.az